MGM GROUP AZERBAIJAN 2017-ci ildən təsis edilib və bu gün təhlükəsizlik
sistemləri sahəsində , ( CCTV, elektron idarə etmə, qiriş-nəzarət sistemləri,
və s. ) böyük təcrübəyə malikdir. Eyni zamanda bir sıra tanınmış şirkətlərin
Azərbaycanda yeganə distribyutoru və inteqratordur. Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş,
dövlət idarələri ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər
Nazirliyi ) və iri şirkətlərə qədər ( Bakı Abadlıq Xidməti , PMD , Sea Breeze
Resort, Fortis Group, Sumqayıt Kimya Zavodu və s. ) geniş müştəri dairəsi ilə
əməkdaşlıq edirik. Belə ki, şirkət olaraq bütün müştərilərimizə zəmanətli və
keyfiyyətli xidmət və məhsul təqdim edirik. Kollektivimiz yuxarıda qeyd olunan
sahələrdə ixtisaslaşmış peşəkar və zəngin iş təcrübəsinə malik mühəndis və
layihəçi heyətindən ibarətdir.
Bizim missiyamız
Müştərilərə təklif
olunan yüksək keyfiyyətli mallarla yanaşı, həm də öz işini sevən və onu ən
yüksək səviyyədə yerinə yetirən peşəkarlardan ibarət işçi komandamız əsas
üstünlüyümüzdür.
Biz öz işimizə
arxayınıq, uğurumuza və müştərilərimizin məmnuniyyət səviyyəsinə inanırıq. Təhlükəsizlik və müştəri məmnuniyyəti işimizin əsasıdır! Biz sizin üçün çalışırıq!
Xidmətlərimiz
Video müşahidə sistemlərinin təchizatı və quraşdırılması.
Təhlükəsizlik
sistemlərinin təchizatı və quraşdırılması (Şlaqbaum, Turniket.)
Acsess Control sistemlərinin təchizatı və quraşdırılması (Barmaq izi , Üz
tanıma və s.)
Sistemləşdirilmiş kabellərin çəkilişi.
Səs sistemlərinin təchizatı və quraşdırılması.
Elektron kilidlərin təchizatı və quraşdırılması.
Ümumi texniki xidmətlərin göstərilməsi.
